Köndələnçay su anbarı

Aşağı Köndələnçay su anbarı — Füzuli rayonu Köndələnçay üzərində yerləşir. Su anbarı 1980-cü ildə istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır. 30 il işğal altında olan bu ərazi bu ilin oktyabr ayında Azərbaycan ordusu tərəfindən azad edilmişdir.